Myanmada hərbi çevriliş, hökümət generalın əlinə keçdi

Myanmada hərbi çevriliş, hökümət generalın əlinə keçdi

Myanma hərbçiləri prezidentin və xarici işlər nazirinin saxlanılmasından sonra ölkədə 1 illik fövqəladə vəziyyət rejimi elan ediblər.

Rasthaber Azərbaycan xəbər verir ki, Myanma ordusunun yayım orqanı tərəfindən yayılan bəyanatda səhər radələrində baş tutan saxlanılma prosesindən sonra çevriliş iddiaları təsdiqlənərkən, ölkədə hakimiyyətin Silahlı Qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyi bildirilib.

Çevrilişdən sonra ölkədə fövqəladə vəziyyət elan edildiyini açıqlayan ordu, ölkənin bir il müddətində hərbi qaydalarla idarə olunacağını bəyan edib.

Myanmada orda iqtidardakı Suu Çinini partiyasının qələbəsi ilə nəticələnən seçkilərdə saxtakarlığa yol verdiyini irəli sürmüşdü.

Müzakirələr davam edərkən Baş Qərargah rəisi qanunların lazımi qaydada tətbiq olunmaması halında konstitusiyanın ləğv edilə biləcəyini açıqlamışdı.

Myanma parlamentinin də bu gün açılacağı gözlənilirdi.

Myanmada hakim Milli Demokratik Birlik (NLD) Partiyasının sözçüsü Myo Nyunt prezident Vin Myint, Suu Çii və digər partiya liderlərinin səhər erkən saatlarda ordunun etdiyi basqın nəticəsində nəzarətə alındığını açıqlayıb.

Myo Nyunt "Xalqımızın düşünmədən reaksiya verməməsini və qanuna uyğun hərəkət etməsini istəyirəm" ifadəsindən istifadə edərək, özünün də saxlanılacağını gözlədiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR