Myanma xalqı fevralın 6-dan demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyalarına başlayıb
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Myanmada tәhlükәsizlik qüvvәlәrinin hәrbi çevriliş әleyhinә vә hökumәt üzvlәrinin saxlanılmasına qarşı etiraz aksiyaları keçirәn aksiyaçılara sәrt müdaxilәsi nәticәsindә 12 nәfәr hәyatını itirib.
Yerli mәtbuat orqanlarının yaydığı mәlumata görә, aksiyaçılar Yanqon şәhәrinin altı qәsәbәsindә etiraz aksiyası keçirib.
Güc strukturları çevriliş әleyhinә aksiya keçirәn aksiyaçılara silahla müdaxilә edib.
Tәhlükәsizlik qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә 12 aksiyaçı hәyatını itirib.
Xatırladaq ki, Myanma ordusu fevralın 1-də hərbi çevriliş həyata keçirərək ölkə rəhbərliyini ələ keçirmişdi və fövqəladə vəziyyət rejimi elan etmişdi.
Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.