Tәhlükәsizlik qüvvәlәri çevriliş әleyhinә aksiya keçirәn aksiyaçılara silahla müdaxilә edib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Myanmada tәhlükәsizlik qüvvәlәrinin hәrbi çevriliş әleyhinә vә hökumәt üzvlәrinin saxlanılmasına qarşı etiraz aksiyaları keçirәn aksiyaçılara sәrt müdaxilәsi nәticәsindә 8 nәfәr hәyatını itirib.
Yerli mәtbuat orqanlarının yaydığı mәlumata görә, bu gün ölkәnin Aunqpan, Kalav vә Loikav şәhәrlәrindә etiraz aksiyaları keçirilib.
Tәhlükәsizlik qüvvәlәri çevriliş әleyhinә aksiya keçirәn aksiyaçılara silahla müdaxilә edib.
Tәhlükәsizlik qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә 8 aksiyaçı hәyatını itirib, azı 23 aksiyaçı da xәsarәt alıb.
Mәlumatda aksiya zamanı iki jurnalistin dә saxlanıldığı bildirilib.
Xatırladaq ki, Myanma ordusu fevralın 1-də hərbi çevriliş həyata keçirərək ölkə rəhbərliyini ələ keçirmişdi və fövqəladə vəziyyət rejimi elan etmişdi.
Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.