Musəvi: İran çətin günün dostlarını unutmayacaq

Musəvi: İran çətin günün dostlarını unutmayacaq

İranın XİN sözçüsü Seyid Abbas Musəvi Rusiya - İran əlaqələrindən danışıb

Rasthaber Azərbaycan xəbər verir ki, İranın XİN sözçüsü Seyid Abbas Musəvi bu gün İRNA ilə müsahibəsində Tehran ilə Moskva arsında xüsusi tarixi əlaqələrin mövcud olduğunu bildiri. Onun sözlərinə görə, müxtəlif dövrlər, əsasən son iki əsrdə enişli-yoxuşlu yolları keçmiş İran-Rusiya əlaqələri İslam inqilabının qələbəsindən sonra xüsusilə son illərdə gözə çarpacaq inkişafın şahididir. 

"İran və Rusiya iki qonşu ölkə və iki regional güc olaraq biri-birinin yanında durublar.", -deyə İraqçı əlavə edib.

Seyid Abbas Musəvi  İran və Rusiyanın beynəlxalq təşkilatlarda qənaətməxş əməkdaşlıqlara malik olduqlarını xatırladaraq deyib: "Suriya mövzusunda Tehran və Moskva böhrana son qoymaq, bu ölkəyə stabillik,  təhlükəsizliyi qaytarmaqdadırlar. Beləliklə bu da bütün regiona öz müsbət təsirini buraxacaqdır."

İranın XİN sözçüsü sözlərinin davamında bildirib ki, ikitərəfli məsələlərdə də Rusiya İranın yanındadır; Amerika, qərb dövlətlərinin sanksiya və təzyiqlərinə rəğmən Moskva Tehrana dəstəyini əsirgəmir.

Xəbəri paylaş

VİDEOLAR