Müsəlmanların tənqid etdiyi qanun layihəsi Fransa Parlamentində qəbul edildi

Müsəlmanların tənqid etdiyi qanun layihəsi Fransa Parlamentində qəbul edildi

Qanun layihəsi birini zorakılığa təşviq edən və ya cinsinə görə ayrı-seçkilik qoyan dini dərnəklərin bağlanmasına imkan yaradır.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Fransada müsəlmanları hədəf aldığı səbəbiylə "ayrı-seçkilik" qoyduğuna görə tənqid olunan qanun layihəsi Parlamentdə qəbul edilib.

Səsvermədə qanun layihəsinin lehinə 341, əleyhinə isə 151 səs salınıb. 65 millət vəkili səsvermədə bitərəf qalıb.

Qanun layihəsi birini zorakılığa təşviq edən və ya cinsinə görə ayrı-seçkilik qoyan dini dərnəklərin bağlanmasına imkan yaradır.

Dövlət qulluqçularını dini səbəbdən təhdid edən, onlara zorakılıq edən yaxud da həqarət edənlərə 5 il həbs və 75 min avro ilə cərimələndirilməsini nəzərdə tutan layihə 10 min avrodan çox pul hədiyyə verilməsinin qaynağını açıqlaya bilməyən dərnəklərdən 3 min 750 avro cərimə alınmasını tələb edir.

Qanun layihəsi 3-16 yaş arası uşaqlar üçün formal təhsili məcbur edir, ancaq sağlamlığı və ya müstəsna halları olduğu təqdirdə hökumətin icazəsi ilə evdə təhsil almaqdan azad edir.

30 Mart tarixindən etibarən Senatda müzakirə ediləcək qanun layihəsinin burada səsvermədən sonra yenidən Milli Məclisə gəlməsi gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR