Müsəlman qatili avstraliyalı terrorçuya ən ağır cəza verildi

Müsəlman qatili avstraliyalı terrorçuya ən ağır cəza verildi

Yeni Zelandiya tarixində oxunmuş ilk bu cür hökmdür.

Rasthaber xəbər verir ki, Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərdə qanlı terror aktları törətmiş avstraliyalı Brenton Tarrant şərti-vaxtından əvvəl azadlığa çıxma hüququ olmadan ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edilir ki, bu, Yeni Zelandiya tarixində oxunmuş ilk bu cür hökmdür.

Xatırladaq ki, Tarrant 2019-cu il 15 martda iki məsciddə atışma törədərək 51 müsəlmanı qətlə yetirmiş, daha 50-dən çox müsəlmanı isə yaralamışdı. O, hücum anlarını canlı şəkildə internetdə yayımlayırdı.

Xəbəri paylaş

VİDEOLAR