Sədr hərəkatı lideri Trampın koronavirusun yayılmasına qarşı addım atması ilə bağlı iddialarını sərt tənqid edib
Rasthaber Azərbaycan xəbər verir ki, İraqın “Sədr” hərəkatının lideri Seyid Müqtəda Sədr ABŞ prezidentini koronavirusla bağlı tənqid edib.
O özünün tvitter səhifəsində bu haqda yazıb.
Sədr ABŞ prezidenti Donald Trampa “Vaşinqton və müttəfiqləri koronavirusun yayılmasında günahkardırlar, İraq xalqı ABŞ-ın hər hansı bir müalicə təklifini qəbul edən deyil.”, - bildirib.
Sədr hərəkatı lideri Trampın koronavirusun yayılmasına qarşı addım atması ilə bağlı iddialarını isə sərt tənqid edib.
“Trampın, koronavirusa qarşı yaxşı bir iş ortaya qoyduq, əgər müdaxilə olmasaydı işlər daha da pisləşəcəkdi sözləri diqqətimi çəkdi.”, - qeyd edən Müqtəda Sədr sözlərinə belə davam edib: “Tramp! Sən və sənin bənzərlərin xəstəliyi yaymaqda günahkarsınız. Xüsusilə bu xəstəlikdən əziyyət çəkənlərin çoxu Amerika əleyhdarıdırlar. Tramp! Bir müddət əvvəl Amerikanın böyük imperatorluqları devirdiyini və terroruzmi məğlub etdiyini iddia etdiniz... və bu gün gözlə görünməyən bir virusla müharibə aparırsınız. Özünüzdən utanmırsız?
Sairun fraksiyasının rəhbəri həmçinin Trampı dünyanı işğal etmə cəhdində, müharibələr, yoxsulluq və qarşıdurmalar yaratmaqda ittiham edib.
Sədr sonra deyib: “Bu xəstəlik sənin pis siyasətinə görə yayıldı. Tramp, əgər sən ateist, özünü müalicə edirsənsə, biz Allaha sığınırıq. Sən sadəcə Allahın düşməni deyil, millətlərin də düşmənisən...”