Müqtəda Sədr Bəşər Əsədi prezident seçkilərində qazandığı qələbəyə görə təbrik məktubu göndərib
Qeyd edək ki, 26 mayda keçirilən seçkilərdə Bəşər Əsəd 13 540 860 səs və ya seçicilərin 95,1% faizini toplayıb.
Suriyada keçirilən prezident seçkilərində ölkə içi və xaricində ümumilikdə 14 239 140 seçici səsvermədə iştirak edib, bu da ölkə seçicilərinin 78,64 faizi deməkdir.
Suriyada bu il seçicilərin sayının 18 107 109 nəfər olduğu açıqlanmışdı.