Müqavimətin işğalçılara zərbələri davam edir - Rəfahda ölümcül pusqular təkrarlanır

Müqavimətin işğalçılara zərbələri davam edir - Rəfahda ölümcül pusqular təkrarlanır

Fələstin müqavimət qrupları Qəzza zolağında işğalçılarla qarşıdurmanı davam etdirərək, sionist rejimin təcavüzkar əsgərlərinə ölümcül zərbələr endiriblər.

Az.rasthaber.com xəbər verir ki, Fəth Hərəkatının hərbi qanadı olan Əl-Əqsa Şəhidləri Taborları sionist rejimin Rəfah şəhərinin “Əs-Suveydiyyə” kəndi istiqamətində raket hücumları barədə məlumat yayıb.

Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Səraya əl-Qüds də Qəzza şəhərinin şərqindəki Əş-Şücaiyyə məhəlləsində sionist rejimin qüvvə və texnikasını atəşə tutduqlarını açıqlayıb.

Qəzza şəhərinin “Səlahəddin” bölgəsində və “Əs-Səudi” məhəlləsində və Rəfahın “Əş-Şaburə” düşərgəsində də müqavimət qüvvələri işğalçı qüvvələrlə toqquşub, onlardan bir neçəsini öldürüb və ya yaralayıb.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan “Şəhid İzzədin Əl-Qəssam” Taboru da Rəfah şəhərinin şərqində işğalçı əsgərləri uğurla pusquya saldığını və düşmənin canlı qüvvəsinin itki verdiyini açıqlayıb.

Əl-Qəssam bir bəyanatda sionist düşmənin bir qrup hərbiçisini Rəfah şəhərinin şərqində bir binaya çəkdiyini və onu partlatdığını elan edib.

Xəbəri paylaş

VİDEOLAR