Müqavimət qüvvələri Nablusda sionist əsgərlərlə qarşı-qarşıya gəldi

Müqavimət qüvvələri Nablusda sionist əsgərlərlə qarşı-qarşıya gəldi

Dünənki Bəlata düşərgəsinə vəhşicəsinə hücum və üç fələstinli gəncin şəhadətindən sonra işğalçı sionist qüvvələr yenidən bu düşərgəyə hücum ediblər.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Eliumun verdiyi məlumata görə, dünən sionist əsgərlərin Balata düşərgəsinə vəhşicəsinə hücum edib və üç fələstinli gəncin şəhadətə yetirdikdən sonra, yenidən bu düşərgəyə hücum ediblər.

Bu çərşənbə axşamı Nablus şəhərində yerləşən Balata düşərgəsində sionist rejim ilə müqavimət qüvvələri arasında silahlı toqquşmalar baş verib.

Fələstinli döyüşçülər düşərgəyə soxulan İsrail əsgərlərini davamlı cavab hücumlarla hədəfə alıblar.

Yerli mənbələrin məlumatına görə, sionist əsgərlər Balata düşərgəsindəki evlərdən birini mühasirəyə alıblar. Nablus batalyonunun fələstinli döyüşçülərinin sionist xüsusi təyinatlıları atəşə tutması nəticəsində təcavüzkar qüvvələr geri çəkilməyə və Balata düşərgəsini tərk etməyə məcbur olublar.

Xəbəri paylaş

VİDEOLAR