Müqavimət qrupları tam atəşkəsdə israrlıdır

Müqavimət qrupları tam atəşkəsdə israrlıdır

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək vəzifəli məsullarından olan Hisam Bədran deyib: Sionist rejim atəşkəs razılaşmasının əldə edilməsində vaxt öldürür və süründürür.

Az.rasthaber.com xəbər verir ki, Bədran əlavə edib: Sionist rejimin baş naziri Benyamin Netanyahu danışıqlar yoluna problem yaradır və maneə törədir və Amerika bu rejimin cinayətlərini ört-basdır etməkdə davam edir. 

O əlavə etdi: Fələstinlilər 2 iyul danışıqlarında razılaşdırılmış şərtlərə, yəni Co Baydenin planı və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsi əsasında israillilərin özlərinin amerikalıların dəstəyi ilə təqdim etdikləri təklifə əməl edirlər. 

Bədran bildirib: Həmas və digər Fələstinin müqavimət qrupları müharibəni dayandırmaqda və Qəzza zolağı sakinlərinin öldürülməsinə son qoymaqda israrlıdırlar.

Xəbəri paylaş

VİDEOLAR