İnsident Nablus şəhərinin yaxınlığındakı Əsirah əl-Qibliyyə qəsəbəsində baş verib.
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, Fələstin torpaqlarında məskunlaşmış yəhudi mühacirlər İordan çayının Qərb sahilində fələstinli fermerlərə hücum ediblər.
İnsident Nablus şəhərinin yaxınlığındakı Əsirah əl-Qibliyyə qəsəbəsində baş verib.
Mühacirləri müşayiət edən İsrail hərbçiləri fələslətinlilərə qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə ediblər.
Xəsarət alanların olmadığı deyilir. İsrail hərbçiləri çəkiliş aparan jurnalistlərə də hücum ediblər.
Bildirilir ki, işğal edilmiş Qüdsün şərq hissəsində 13, Qərb sahilində isə 253 qeyri-qanuni yəhudi yaşayış məntəqəsi salınıb.
650 mindən çox yəhudi mühacir işğal şəraitində yaşayan fələstinlilərin həyatını çətinləşdirir.
Beynəlxalq hüquqa əsasən, işğal edilmiş ərazilərdə salınmış bütün yəhudi məskənləri qeyri-qanuni hesab edilir.