Mübarək Ramazan ayının 11-ci gününün duasını təqdim edirik
Oxunuşu:
Əllahummə həbbib iləyyə fihil-ihsanə və kərrih iləyyə fihil-fusuqə vəl-isyan, və hərrim ələyyə fihis-səxətə vən-niran, biəvnikə ya ğiyasəl-mustəğisin
Tərcüməsi:
İlahi, bu gündə ehsan etməyi mənə sevimli, fisq (günah) və üsyankarlığı kərahətli et, Öz qəzəbini və cəhənnəm odunu mənə haram et. Səni and verirəm Öz köməyinə, ey fəryada çağıranların fəryadına yetən!