Məşhəddə İmam Rzanın (ə) hərəmində iki din xadiminə soyuq silahla hücum edilib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında İmam Rzanın (ə) hərəmində naməlum şəxs bıçaqla iki din xadiminə hücum edib.
Polis hücum edən şəxsi həbs edib.
Onun kimliyi və hücumunun səbəbi araşdırılır.
Məlumata görə hücuma məruz qalan din xadimləri Məşhəddə dini təhsil alan tələbələrdir. Onlardan birinin artıq aldığı yaradan dünyasını dəyişdiyi bildirilir.