Məscidül-Əqsanın xətibi Ərəb və İslam ölkələrinə çağırış edib

Məscidül-Əqsanın xətibi Ərəb və İslam ölkələrinə çağırış edib

Məscidül-Əqsanın imamı və ya xətibi Şeyx İkrimə Səbri, üzvü olduğu Qüds Ali İslam Şurası tərəfindən dərc edilən yazılı açıqlamada, İsrail qüvvələrinin və fanatik yəhudilərin son günlər Məscidül-Əqsaya qarşı artan hücumlarını dəyərləndirib.

Az.rasthaber.com xəbər verir ki, Şeyx Səbri qeyd edib ki, fanatik yəhudilərin Məscidül-Əqsaya basqınları “mübarək Ramazan ayında müsəlmanların hisslərini nəzərə almamaq” və “onu zaman və məkan baxımından bölmək” məqsədi daşıyır.
Vaxtlarını müqəddəs məkanda keşik çəkməklə keçirən fələstinlilərin “ümmət adına Məscidül-Əqsanı qorumaq və müdafiə etmək vəzifəsini yerinə yetirdiklərinə” diqqət çəkən Səbri, “bir gün olmayıb ki, qarşıdurmalarla nəticələnən münaqişələr yaşanmasın”, - deyə vurğulayıb.
Məscidül-Əqsa xətibi ərəb və islam ölkələrinin liderlərinə səslənərək, onları işğalçı (İsrail) dövlətinə rəsmi, siyasi və diplomatik addımlarla təzyiq etmək kimi lazımi səyləri göstərməyə, işğalçı qüvvələri dayandırmağa və onların təcavüzkar planlarını puç etməyə çağırıb.
Səbri Məscidül-Əqsaya işarə edərək deyib: “İlk qibləmiz və üçüncü böyük müqəddəs yerimiz olmadan, İslam ümmətinin heç bir dəyəri yoxdur”.

Xəbəri paylaş

VİDEOLAR