Müsəlmanlar İsrail qüvvələrinin məhdudiyyətlərinə baxmayaraq, işğal altındakı Qüdsün Köhnə Şəhərində yerləşən Məscidül-Əqsada Qurban bayramı namazını qılıb.
Az.rasthaber.com xəbər verir ki, gecə ərəfəsində işa namazından sonra Məscidül-Əqsaya gələn fələstinlilərin sayı səhər namazında on minlərlə nəfərə çatıb.
Məscidül-Əqsaya gəlmək istəyən fələstinlilər Hərəmi-Şərifin yerləşdiyi İçərişəhər bölgəsinə gedən yollarda maşınları ilə uzun növbələr yaradıblar.
Bayram namazından əvvəl Məscidül-Əqsanın qapılarında olan İsrail qüvvələri fələstinlilərin kimliyini yoxlayıb və bəzilərinin içəri girməsinə icazə verməyib.
Hərəmi Şərifin Silsilə qapısında İsrail qüvvələri ilə fələstinli gənclər arasında dava düşüb.
Sionist rejim polisi burada fələstinlilərə qarşı müdaxilə edərək çoxlu fələstinli gənci döyüb.
Məscidül-Əqsanın Kral Feysəl qapısında İsrail qüvvələri çoxlu fələstinlinin içəri girməsinə icazə verməyib.
40 min insan bayram namazını qıla bildi
Qurani-Kərim tilavəti və təkbirlərlə bayram namazına qədər Məscidül-Əqsada gözləyən on minlərlə müsəlman, namazdan sonra oxunan bayram xütbəsini dinləyib.
Əl-Əqsa məscidinin imamı Şeyx Yusuf Əbu Süneynənin oxuduğu bayram xütbəsində İsrailin Qəzza zolağında apardığı soyqırım müharibəsinə diqqət çəkilib.
Şeyx Əbu Süneyne İslam dünyasının Qəzzə zolağı və Fələstin xalqını tək qoyduğunu vurğulayaraq bunun böyük bir ayıb olduğunu bildirib.
İsrail həbsxanalarında olan fələstinli məhbuslara işarə edən Şeyx Əbu Süneynə Fələstin xalqının mübarizəsini davam etdirəcəyini və işğalın sona çatacağını qeyd edib.
Qüds İslam Vəqfləri İdarəsinin mətbuat sözçüsü Firas Dibs verdiyi yazılı açıqlamada hərəm-i Şərifdə bayram namazını yalnız 40 min müsəlmanın qıla biləcəyini bildirib.
İsrail qüvvələrinin təzyiqi ilə bu rəqəmin görünməmiş şəkildə azaldığına diqqət çəkən Dibs, İsrail polisinin Hərəmi-Şərifin qapılarında qadın, uşaq və qocaları döydüyünü qeyd edib.