Mərakeşdə İsraillə normallaşma əleyhinə nümayişlər keçirilib

Mərakeşdə İsraillə normallaşma əleyhinə nümayişlər keçirilib

Həftə sonu Mərakeşdə keçirilən Fələstinə dəstək nümayişinə minlərlə insan qatılıb. Fəallar Mərakeş və İsrail arasında normallaşma prosesinin dayandırılmasını tələb ediblər.

Az.rasthaber.com xəbər verir ki, Mərakeşin paytaxtı Rabatda "Azad Fələstin" qeyri-hökumət təşkilatının çağırışı ilə on minlərlə insan Qəzzaya dəstək olmaq üçün toplaşıb. Fəallar Mərakeş və İsrail arasında normallaşma prosesinin dayandırılmasını tələb ediblər.

Əllərində Mərakeş və Fələstin bayraqları, həmçinin Əl-Əqsa məscidi və İsrailin hücumlarında həyatını itirən qəzzalıların fotoşəkilləri olan nümayişçilər normallaşma əleyhinə şüarlar səsləndiriblər.

Rabat və Təl-Əviv arasında 2020-ci il dekabrın 10-da imzalanan normallaşma sazişi Mərakeşin Qərbi Saharadakı suverenliyinin tanınması müqabilində Mərakeşin İsraillə diplomatik münasibətləri bərpa etməsini nəzərdə tuturdu.

Mərakeşdə normallaşma razılaşmasına qarşı çıxan siyasi partiyalar, qeyri-hökumət təşkilatları və vətəndaşlar tez-tez etiraz aksiyaları təşkil edirlər.

Xəbəri paylaş

VİDEOLAR