Bu barədə yerli mənbələr məlumat yayıblar.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Mərakeşin paytaxtı Rabat şəhərində yüzlərlə insan İsrail əleyhinə aksiya keçirib.
Məlumatda vurğulanır ki, baş tutan aksiya zamanı nümayişçilər İsrail ilə əldə olunan diplomatik münasibətləri normallaşdıran razılaşmaya etiraz ediblər.
Aksiyada İsrail bayraqları da yandırılıb.