Mərakeş və İsrail arasında 1 ildə imzalanan sənədləri sayı açıqlandı

Mərakeş və İsrail arasında 1 ildə imzalanan sənədləri sayı açıqlandı

Mərakeş və İsrail rejimi arasında 2020-ci il 10 dekabrdan bəri 12 sənəd imzalanıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, həmin sənədlər fərqli-fərqli sahələrə aiddir.

Bu barədə Mərakeşin XİN başçısı Naris Burita İsrail rejimi ilə münasibətlərin normallaşdırılmasının 1-ci ildönümünə həsr edilmiş tədbirdə bildirib.

Tədbirdə ABŞ dövlət katibi və işğalçı rejimin XİN başçısı da iştirak ediblər.

Qeyd edilib ki, Mərakeş və İsrail rejimi arasında səhiyyə, təhsil, təhlükəsizlik, iqtisadiyyat, ticarət, investisiya, turizm, mədəniyyət, kənd təsərrüfatı və digər sahələr üzrə əməkdaşlıqlar edilə bilər.

Xəbəri paylaş

VİDEOLAR