İŞİD terror təşkilatı üzvü olan 3 şübhəli İraqın Mosul şəhər mərkəzində polis basqını nəticəsində tutulub.
Az.shafaqna.com Eastnews.org-a istinadən xəbər verir ki, Mosul Təhlükəsizlik müdiri Leyt Əhməd vətəndaşların məlumatı ilə hərəkətə keçən polis qüvvələrinin şəhər mərkəzindəki bir ünvana basqın etdiyini söyləyib.
Basqınlarda İŞİD üzvü olan 3 terrorçunun tutulduğunu qeyd edən Əhməd həmin şəxslərin adlarının əvvəllər terror hadisələrində yer aldığını və terroçuluq barədə qanununun 4-cü maddəsinə əsasən, əvvəldən barələrində həbs qərarı olduğunu da bildirib.