Az.rasthaber.com xəbər verir ki, Moskvada yaşayan ruhanilər İsrailin Qəzza əməliyyatları, həmçinin mülki vətəndaşların qətlə yetirilməsinə etiraz edib
Bəyənatda deyilir:
"Qəhhar olan Allahın adı ilə Yetmiş beş il bundan qabaq İngiltərənin hiyləsi ilə qurulan və bu günə qədər böyük şeytanın yəni Ammerikanın himayəsində öz nəhs mövcudluğuna davam edən qondarma və mürtəce israil rejimi bu illər ərzində öz zülmü ilə insanlıq səhifəsinə silinməyən ləkə salmışdı.
Təəsüflər olsun ki bu cinayətlər beynəlxalq təşkilatların ğözü önündə baş verir və heç bir reaksiya ilə üzləşmir.
Axır on bir gün ərzində quduzlaşmış qaniçən rejim öz həqiqi vəhşi sifətini dünən Qəzzə zolağında yerləşən xəstəxananı təhlükəli bombalar ilə bombardıman etməklə nümayiş etdirdi.
Biz Rusiyanın Moskva şəhərində yaşayan Ruhaniləri bu cinayəti qətiyyətlə pisləyir bütün beynəlxalq təşkilatlardan bu mənhus rejimin qarşısını almağı tələb edirik.
Uca Allahdan bu vəhşiliyin qurbanı olan əziz Fələstinli qardaş və bacılarmıza rəhmət diləyir və körpə uşaqların tezlikcə qisasını almağı acizanə şəkildə tələb edirik. Və onlar ki zülm edirlər tezlikcə öz qayıdış yerlərini biləcəklər (Şura surəsi 227)"