Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib.
Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib.
Trend-in "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, görüşün iştirakçıları Dağlıq Qarabağın inkişafı planlarını müzakirə ediblər.
Bundan əlavə həm avtomobil, həm də dəmir yolu nəqliyyatı ilə bağlı ekspertlərin hesabatları nəzərdən keçirilib. Sərhəd, gömrük nəzarəti də daxil olmaqla daşımalara nəzarət də müzakirə edilib.
Qeyd edilir ki, işçi qrupun növbəti iclası martın 1-i videokonfrans formatında keçiriləcək.