Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçiriləcik yığıncaqda Suriya mövzusu müzakirə ediləcək.
Az.rasthaber.com xəbər verir ki, 15-16 martda baş tutacaq yığıncaqda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edəcək.
Tədbirdə Rusiyanı, Prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı, Suriyanı isə xarici işlər nazirinin müavini Eymen Susan təmsil edəcək.