İslam İnqilabının Rəhbəri, Mohsen Rezainin İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının katibliyindən istefaya dair xahişi ilə razılaşıb
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Mohsen Rezainin istefa ərizəsini qəbul edib.
"Cənab doktor Mohsen Rezai, sizin illər boyu Məsləhət Şurasının katibliyindəki səy və əməyiniz unudulmazdır. Sizin istefanızı qəbul etməklə bərabər, Allah-Taaladan yeni məsuliyyətdə uğurlar qazanmağınızı diləyirəm."
Rezai son vaxtlar Seyid İbrahim Rəisinin hökmü ilə İran İslam Respublikasının iqtisadi məsələlər üzrə vitse-prezidenti təyin edilib.