Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Az.rasthaber.com xəbər verir ki, Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin təminatının və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür.
Eyni zamanda bu ərazilərdəki yaşayış məntəqələri və yüksək dağlıq ərazilərdəki yeni mövqelərdə qoşun xidməti və döyüş növbətçiliyi təşkil olunur.