Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi deyib ki, onların əməliyyatları sionist İsrailin Qırmızı dənizdə naviqasiyasını tamamilə əngəlləməkdə uğurlu olub.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullahın Ümumdünya Qüds Günü münasibətilə çıxışı Əl-Məsirə televiziyası ilə canlı yayımlanıb.
“Xalqımız Fələstinə dəstək olaraq cihadçı mövqeyindən əl çəkməmək üçün bütün təzyiqlərə boyun əymədi, böyük məsafələri qət edərək tam səviyyəyə çatdı və Allahın köməyi ilə qələbə qazandı”, - Husi bildirib.
Ənsarullahın Qırmızı dənizdə İsrailə və ona bağlı gəmilərə hücumlarına diqqət çəkən Seyid Əbdülməlik Husi deyib:
“Qəzzəyə verdiyimiz dəstək əməliyyatları İsrailin Qırmızı dənizdə naviqasiyasını əngəlləməkdə tamamilə uğurlu oldu”.
Ənsarullah Rəhbəri xəbərdarlıq edib ki, işğalçı İsrailin onların daxilinə hücumları davam edəcək.
Seyid Əbdülməlik əl-Husi ABŞ-ın Yəmənə qarşı hücumları ilə Fələstin xalqını təcrid etməyi hədəflədiyini bildirib və qeyd edib ki, hərbi hədəfləri vurduğunu iddia edir, lakin Yəməndə mülki insanları hədəf alır.