Mişustindən atəşkəs çağırışı

Mişustindən atəşkəs çağırışı

AHAŞ iclasından sonra Rusiya Baş naziri ermənistanlı həmkarı Nikol Paşinyanla danışıqlara başlayıb.

Rasthaber Azərbaycan  “Russia Today”-a istinadən xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin işğalçı Ermənistan rejiminin paytaxtı Yerevana gəlib.

O, Rusiyanın Qarabağdakı münaqişənin aradan qaldırılmasına kömək etməyə hazır olduğuni deyib.

“Əlbəttə, bütün hərbi əməliyyatların dərhal dayandırılmasını təmin etmək, münaqişənin diplomatik həllinə başlamaq mühümdür. Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə buna yardım etməyə hazırdır”, – deyə Mişustin Avrasiya Hökumətlərarası Şurasının (AHAŞ) iclasında bildirib.

Qeyd edək ki, AHAŞ iclasından sonra Rusiya Baş naziri ermənistanlı həmkarı Nikol Paşinyanla danışıqlara başlayıb.

Xəbəri paylaş

VİDEOLAR