Misirdən İsrailə çağırış: Fələstinlilərə qarşı zülmü dayandırın!

Misirdən İsrailə çağırış: Fələstinlilərə qarşı zülmü dayandırın!

Misir İsrail rejimini Fələstin ərazilərində gərginliyi artırmaqdan çəkinməyə və Məscidül-Əqsaya qarşı pozuntularını dayandırmağa çağırıb.

Az.rasthaber.com "İslamazeri"yə istinadən xəbər verir ki, Misir mübarək Ramazan ayında fələstinlilərə qarşı hücumlarını artıran sionist rejimə reaksiyasını bildirib.

Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Hafiz son günlər Fələstin torpaqlarında gərginliyi artıran işğalçı İsrailin hərəkətlərini şiddətlə qınadıqlarını bildirib.

İsrail rejiminin Məscidül-Əqsaya basqınlarını və fələstinliləri hədəfə alan əməliyyatlarını davam etdirdiyinə işarə edən Hafiz bu rejimi xüsusilə Ramazan ayında, gərginliyi artırmaqdan çəkinməyə çağırıb.

Hafiz vurğulayıb ki, regionda sabitliyin qarşısını alan və gərginliyi artıran zorakılıq hərəkətlərinə əl atılmamalıdır.

Xəbəri paylaş

VİDEOLAR