Misirdən HƏMAS və İsrail arasında atəşkəs razılaşması ilə bağlı açıqlama

Misirdən HƏMAS və İsrail arasında atəşkəs razılaşması ilə bağlı açıqlama

Misir Qahirədə HƏMAS və Qəzza zolağında sionist rejim arasında əldə olunan atəşkəs və məhbusların dəyişdirilməsi razılaşmasının növbəti mərhələləri ilə bağlı "intensiv danışıqların" başladığını elan edib.

Az.rasthaber.com xəbər verir ki, Misir Prezidentinin İnformasiya Xidmətindən verilən yazılı açıqlamada, sionist rejim və Qətərdən iki nümayəndə heyətinin ABŞ nümayəndələrinin iştirakı ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqları başa çatdırmaq üçün paytaxt Qahirəyə gəldiyi bildirilib.

Bəyanatda atəşkəs razılaşmasının növbəti mərhələləri ilə bağlı aidiyyəti tərəflər arasında intensiv danışıqların başladığı və mövcud razılaşmanın həyata keçirilməsi istiqamətində səylərin davam etdirildiyi qeyd olunub.

Bəyanatda həmçinin deyilir ki, vasitəçilər mülki əhalinin əzablarını yüngülləşdirmək və regionda sabitliyi təşviq etmək səyləri çərçivəsində Qəzza zolağına humanitar yardımın çatdırılmasının gücləndirilməsini müzakirə ediblər.

Atəşkəsin birinci mərhələsi şənbə günü axşam, martın 1-də başa çatır və sionist rejimin razılaşmanın birinci mərhələsinin uzadılmasını rəsmən təklif edib-etməyəcəyi hələlik bəlli deyil.

Xəbəri paylaş

VİDEOLAR