Misirdə sərnişin qatarının relsdən çıxması nəticəsində 11 nəfər ölüb, 98 nəfər yaralanıb
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölənlər arasında Misirin Ədliyyə Nazirliyi yanında müstəqil məhkəmə orqanı olan Məhkəmə İşləri üzrə Dövlət Şurasının rəhbərinin müavini olub.
Bildirilir ki, xəsarət alanlardan 14 nəfəri xəstəxanadan evə buraxılıb, xəstəxanada qalanlardan bir neçəsinin vəziyyəti ağırdır.
Misir prezidenti Əbdülfəttah əs-Sisi hadisənin səbəbinin araşdırılması üçün hökumət komissiyasını formalaşdırmağı tapşırıb.