Misir hökuməti ilə İsrail rəsmiləri ticarət dövriyyəsinin artırılması istiqamətində görüşlər keçiriblər.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, görüşlər çərçivəsində Misirin İsrail ilə sərhəd bölgəsi olan Nitzana sərhəd qapısının ticarət həcminin artırılması barəsində qərar qəbul olunub.
Misirin Dövlət Təhlükəsizlik Xidməti rəisi, general-leytenant Abbas Kamilin İsrail İqtisadiyyat naziri Orna Barbivai ilə müzakirələri həyata keçirdiyi diqqətə çatdırılır.
Faktı Misir Xarici İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.