Misir tarixində ilk dəfə qadın ölkə parlamentinin aşağı palatası – Nümayəndələr palatasının yeni sessiyasının açılışına başçılıq edib
Az.rasthaber.com xəbər verir ki, bu barədə “ExtraNews” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, 83 yaşlı Fəridə əş-Şubaşi iclasa onun ən yaşlı üzvü kimi rəhbərlik edib. Bu gün, dekabrın 12-də, deputatların andiçmə mərasimi keçirilib.
Əş-Şubaşi çıxışında ona göstərilən etimada görə Misirin siyasi rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Misirin aşağı palatasına seçkilər ötən ilin oktyabr-noyabr aylarında iki mərhələyə keçirilib. Ümumilikdə 568 deputat seçilib, onlardan yarısı – qapalı siyahılarla. Aşağı palatanın daha 28 üzvünü ölkə prezidenti təyin edib.