Misir İsrail mediasının iddialarına cavab verib. Misirin Dövlət İnformasiya Xidməti İsrailin Qahirə hökumətinin Qəzza zolağından olan 500 min fələstinlini Şimali Sinayda müəyyən edilmiş ərazidə müvəqqəti məskunlaşdırmağa hazırlaşdığı barədə iddialarını qəti şəkildə təkzib edib.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda bu iddiaların qəti şəkildə rədd edildiyi və tamamilə əsassız olduğu, Misirin Fələstin məsələsində uzun müddətdir mövcud olan və dəyişməz mövqeyi ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.
Bəyanatda vurğulanır ki, Misir, xüsusilə İsrailin 2023-cü ilin oktyabrında Qəzzaya qarşı hərbi əməliyyatına başladıqdan sonra fələstinlilərin Misir ərazisində zorla və ya könüllü surətdə köçürülməsi cəhdini ardıcıl olaraq rədd edib.
Fələstinlilərin məcburi köçkün edilməsinin təkcə Fələstin davasının aradan qaldırılması demək deyil, həm də Misirin milli təhlükəsizliyinə birbaşa və qaçılmaz təhdid olacağı bildirilən bəyanatda, “Misirin bu mövzuda qəti və prinsipial mövqeyi əvvəldən bəlli olub və dəyişməyib”. Həmçinin vurğulanıb ki, bu cür planlar Misirin Fələstinin suverenliyi və hüquqlarını dəstəkləmək siyasəti və öhdəlikləri ilə tamamilə uyğun gəlmir.
Sionist İsrail mediasında Misirin fələstinlilərin kütləvi şəkildə köçürülməsi üçün hazırlıq gördüyü və bu məsələnin ərəb dünyası daxilində müzakirə edildiyi iddia edilib.