Misir İsrailə xəbərdarlıq etdi

Misir İsrailə xəbərdarlıq etdi

Misir Xarici İşlər Nazirliyi verdiyi bəyanatda sionist rejimin milli təhlükəsizlik nazirinin Əl-Əqsa məscidinə hücumunu pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Misir Xarici İşlər Nazirliyi bəyanatında sionist rejimin milli təhlükəsizlik nazirinin Məscidül-Əqsaya hücumunu pisləməklə yanaşı, bu rejimin fələstinlilərə və bu müqəddəs yerə qarşı təcavüzünə son qoyulmasını tələb edib.

Qeyd edək ki, sionist rejimin ifrat milli təhlükəsizlik naziri İtamar Ben Qover Binyamin Netanyahunun kabinetində nazir vəzifəsini tutduqdan sonra ikinci dəfə bir sıra sionist mühacirlər ilə birlikdə Məscidül-Əqsanın həyətlərinə qanunsuz daxil olub.

Misir Xarici İşlər Nazirliyi öz bəyanatında bildirib: “Məscidül-Əqsanın zaman və məkan bölgü siyasətini möhkəmləndirmək məqsədi ilə hər gün həyata keçirilən hücumlar bu müqəddəs məkanın hüquqi və tarixi statusunda heç vaxt dəyişikliyə səbəb olmayacaq və Məscidül-Əqsa yeganə İslam bəxşişidir”.

“Rai Əl-Youm” qəzetinin məlumatına görə, Misir həmçinin sionist rejimdən işğal olunmuş ərazilərdə mövcud vəziyyətin gərginləşməsinə səbəb olan gərginləşdirici tədbirləri dərhal dayandırmasını tələb edib.

Xəbəri paylaş

VİDEOLAR