İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Livanın paytaxtı Beyruta səfər edəcəyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fələstindəki vəziyyətlə bağlı hadisələri müzakirə etmək üçün bu gün İraqa gedəcək. Əmir Abdullahian daha sonra Livana səfər edəcək.
İranın Beyrutdakı səfiri Müctəba Əməni X sosial media platformasında verdiyi açıqlamada Əmir Abdullahiyanın Bağdaddakı təmaslarından sonra Livana səfər edəcəyini açıqlayıb.
Əmir Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha ilə telefon danışığında İƏT-i Fələstin xalqına kömək etmək üçün xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirməyə çağırıb və bəyan edib ki, Tehran görüşə ev sahibliyi etməyə hazırdır.
Ötən ay Livana səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.