Əmir Abdullahiyan və Haniyə Fələstin məsələsini müzakirə ediblər

Əmir Abdullahiyan və Haniyə Fələstin məsələsini müzakirə ediblər

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

Az.rasthaber.com xəbər verir ki, danışıq zamanı Fələstindəki son hadisələr və sionist rejimin Qəzza zolağına hücumları müzakirə edilib.

Xarici işlər naziri Əmir Abdullahiyan sionist rejimin Qəzza zolağında vəhşicəsinə hücumunu, müqavimət liderlərinin şəhadətini və günahsız Fələstin xalqının, xüsusilə də qadın və uşaqların öldürülməsini, onların insan haqlarının açıq şəkildə tapdalanmasını qəti şəkildə pisləyib və sionistlərin Fələstin xalqı və qruplarının müqaviməti qarşısında bu hərəkətlərə əl atdıqlarını bildirərək, bunu özünün zəiflik və acizliyinin əlaməti hesab edib.

Fələstin xalqının bu hücumlara qarşı müqavimətini yüksək qiymətləndirən Əmir Abdullahiyan beynəlxalq ictimaiyyətin Sionist rejiminə qarşı Fələstinə dəstək verməli olduğunu vurğulayıb.

İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmail Haniyə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei və Respublika Prezidentinə səmimi salamlarını çatdırıb və İranın Fələstinə verdiyi dəstəyə görə təşəkkür edib.

Haniyə sionist rejimin hücumlarına qarşı müqavimətin tam hazır olduğunu vurğulayıb.

Haniyə deyib: Müqavimət bu sionist təcavüzünün taleyini təyin edəcək və İsrail rejiminin təslim olmaqdan başqa çarəsi yoxdur".

Xəbəri paylaş

VİDEOLAR