Əmir Abdullahiyan İranın nüvə sazişi barədə

Əmir Abdullahiyan İranın nüvə sazişi barədə

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dövlət televiziyasına müsahibəsində gündəmdəki məsələləri dəyərləndirib.

Az.rasthaber.com xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada İran və 4+1 ölkələri arasında davam edən danışıqlar haqqında məlumat verən Əmir Abdullahiyan bildirib:

"Buradakı razılaşma Birgə Hərtərəfli Fəaliyyət Planı (KOEP) razılaşmasından kənara çıxmayacaq. Sanksiyaların aradan qaldırılmasında böyük irəliləyiş əldə etdik. Biz razılaşmaya yaxınıq, amma bir neçə vacib məqam hələ də qalmaqdadır. Amerikalılar birbaşa dialoq təklif etmək və cənab Baydenin yaxşı niyyətli olduğunu göstərmək istədiklərini söylədilər. Biz bildirdik ki, əgər ABŞ İrana qarşı yaxşı niyyətlidirsə, sanksiyaları ləğv etməlidir. Biz sadəcə şəkillər çəkdirmək istəmirik. Danışıqların son mərhələsində danışıqların qarşısındakı ən böyük maneə Amerika tərəfinin həddindən artıq tələblərini gündəmə gətirməsidir".

Vyana danışıqları zamanı İranın hüquqi və real şəxslərinə qarşı sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayan Əmir Abdullahiyan hüquqi şəxslərə İranın bəzi rəsmi qurumları və böyük holdinqləri daxil olduğunu söyləyib:

İnqilab Keşikçiləri Ordusu da bu kontekstdə qiymətləndirilməlidir. İnqilab Keşikçiləri ilə bağlı bizim üçün vacib, ölkənin mühüm hərbi və müdafiə birliyi olaraq İnqilab Keşikçiləri Ordusunun mövqeyini və tərifini dəqiq müəyyən etməkdir. Bu məsələ çərçivəsində ABŞ ilə fikir mübadiləsi apardıq”.

ABŞ-ın nüvə danışıqlarına real yanaşacağı təqdirdə razılaşmanın yaxın olduğunu dilə gətirən Əmir Abdullahiyan Tehran rəhbərliyinin qırmızı xətlərindən əl çəkməyəcəyini və danışıqlara son qoyulacağı təqdirdə ABŞ-ın buna görə məsuliyyət daşıyacağını bildirib. Əmir Abdullahiyan açıqlamasında “Güclü və qalıcı bir razılaşma əldə etmədən nüvə nailiyyətlərimizdən imtina etmək fikrində deyilik. Nüvə fəaliyyətlərimizlə bağlı narahatlığınızın aradan qaldırılmasını istəyirsinizsə, ilk növbədə narahatlığımızı həll edəcəksiniz. Əgər ABŞ prezidenti Co Bayden ABŞ-ın keçmiş prezidenti Donald Trampdan fərqli olduğunu sübut etmək üçün İranın bloklanmış aktivlərini azad və ya gəmiçiliklə bağlı sanksiyaları ləğv etməlidir".

İran-Səudiyyə Ərəbistanı danışıqları ilə bağlı Əmir Abdullahiyan deyib: "Əgər Səudiyyə Ərəbistanı ilə danışıqlarda yeni mərhələyə keçmək istəyiriksə, bütün aspektləri nəzərdən keçirmək lazımdır, lakin Səudiyyə Ərəbistanında son kütləvi edamlarla vəziyyət dəyişdi. Biz Səudiyyəlilərin İranla normal münasibətlərə qayıtmasını alqışlayırıq, lakin Biz, Səudiyyə Ərəbistanından konstruktiv rol oynamasını gözləyirik".

Xəbəri paylaş

VİDEOLAR