Əmir Abdullahiyan Cozef Borrel ilə görüşüb

Əmir Abdullahiyan Cozef Borrel ilə görüşüb

İranın xarici işlər naziri Cozef Borrel ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan nüvə müzakirələri üçün Tehrana gələn Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel ilə görüşüb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, İran və Avropa İttifaqı arasında davam edən məsləhətləşmələr çərçivəsində keçiriləcək təmaslarda, bəzi regional və beynəlxalq məsələlər və sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqlarının son vəziyyəti müzakirə olunacaq.

Qeyd edək ki, İran Nüvə Razılaşması 2015-ci ildə, Tehran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan P5+1 kimi tanınan ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa və Almaniya arasında uzunmüddətli danışıqlardan sonra imzalanıb.

Xatırladaq ki, Vyanada nüvə danışıqları martın 11-də dayandırılıb.

Xəbəri paylaş

VİDEOLAR