Əmir Abdullahiyan Borrell ilə Fələstini müzakirə edib

Əmir Abdullahiyan Borrell ilə Fələstini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell arasında telefon danışığı olub.

Az.rasthaber.com xəbər verir ki, regional məsələlərin müzakirə edildiyi bu telefon danışığında xarici işlər naziri Əmir Abdullahiyan ABŞ-ın qeyri-konstruktiv siyasətlərini və sionist rejimin Vaşinqton tərəfindən Qəzzada dinc əhaliyə qarşı daha çox hücumlar həyata keçirməyə təşviq etməsini müharibənin davam etməsində mühüm amil kimi qiymətləndirib. 

Əmir Abdullahiyan deyib:

"Qəzzada hər gün 300-700 mülki vətəndaş şəhid olur, Qəzzanın blokadaya alınması və humanitar dəhlizin bağlanması səbəbindən Qəzzalılara dərman və ərzaq göndərilməsi mümkün deyil".

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib:

Regionda gərginliyin yayılması çox təhlükəlidir və bütün tərəflər təmkinlə hərəkət etməlidir. Avropa İttifaqı olaraq biz müharibənin dayandırılması üçün səylərimizi davam etdiririk".

Borrell bildirib ki, Avropa İttifaqı Qəzzada mülki şəxslərə yardım üçün humanitar dəhlizin açılmasının tərəfdarıdır.

İranın regionda gərginliyin azaldılmasında mühüm rolunu vurğulayan Borrel, İran və Avropa Birliyi arasında konsulluq məsələlərinin həll edilməli olduğunu vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR