Minlərlə fələstinli Qəzzanın qərbinə köç edir

Minlərlə fələstinli Qəzzanın qərbinə köç edir

Birləşmiş Millətlər Təşkilatı Baş katibi sözçünün müavini Fərhan Haq Qəzzada humanitar vəziyyətlə bağlı son hadisələri jurnalistlərlə bölüşüb.

Az.rasthaber.com xəbər verir ki, İsrailin son təxliyə əmrindən sonra minlərlə fələstinli Qəzzanın qərbinə köç edir.

Birləşmiş Millətlər Təşkilatı Baş katibi sözçünün müavini Fərhan Haq Qəzzada humanitar vəziyyətlə bağlı son hadisələri jurnalistlərlə bölüşüb: "BMT Humanitar Məsələlər Koordinasiya Ofisi (OCHA) bildirir ki, bu sahədəki tərəfdaşlarımız minlərlə adam qərbə - Məvasiyə üz tutub.

  İsrail ordusu avqustun 8-da yeni təxliyyə əmri verib. 30-dan çox məhəlləni əhatə edən bölgədə, ilkin hesablamalara görə, 15.500-dən çox adam zərər çəkib.

  Bütün tərəfləri bir daha beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərə əməl etməyə çağırırıq.

  Mülki əhali və obyektlərin qorunmasına diqqət yetirilməlidir.

  BMT Ümumdünya Ərzaq Proqramı tərəfindən idarə olunan konvoylar İsrail ordusunun Qəzzada bütün yolları və keçid məntəqələrini bombalaması üzündən fələstinlilərə lazımi qidaları çatdıra bilmir. Bu səbəbdən Qəzzada qida çatışmazlığından əziyyət çəkən insanların sayının 600 minə yüksəlməsi gözlənilir”.

Xəbəri paylaş

VİDEOLAR