Məhəmməd Əli Husi: Yəmənin cavabı gecikməyəcək

Məhəmməd Əli Husi: Yəmənin cavabı gecikməyəcək

Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Husi sionist rejimin Hudeydə limanına hücumuna görə sionist rejimi təhdid edib.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin Ali Siyasi Şurasının üzvü vurğulayıb: Yəmənin cavabı yoldadır və Yəmənin Ənsarullah hərəkatının lideri Əbdülməlik əl-Hutinin vədləri gerçəkləşəcək.

Muhəmməd Əli əl-Husi sionistlərə xitabən deyib: “Sizə vəd edilənlər gerçəkləşəcək”.

Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Husi 2 gün əvvəl Təl-Əvivin dərinliklərində həyata keçirilən Yaffa əməliyyatına toxunaraq bunları vurğuladı: “Düşmən hədəfin həssaslığını bildiyi üçün bu əməliyyatdan şoka düşdü. Yaffa PUA 2200 kilometrdən çox yol qət edərək sionist düşmənin bütün maneələrini və radar sistemlərini keçib. Partlayış nəticəsində ətrafı silkələyən pilotsuz uçan aparat sakinləri qorxudub, çoxlu sayda sakini küçələrə çıxarıb.

Təl-Əvivə hücum o deməkdir ki, sionistlər işğal olunmuş Fələstinin heç bir yerində təhlükəsiz deyillər. Düşmən çox yaxşı bilir ki, Yəmən işğal olunmuş ərazilərə hücum etmək üçün qabaqcıl silahlar hazırlayıb”.

Yəmənin Ənsarullah Hərəkatının liderləri bundan əvvəl Yəmənin Hudeydə limanına hücum etdiyi üçün sionist rejimi təhdid etmişdilər.

Xəbəri paylaş

VİDEOLAR