Məhəmməd İştiyyə Britaniyanı Fələstini dövlət kimi tanımağa çağırıb

Məhəmməd İştiyyə Britaniyanı Fələstini dövlət kimi tanımağa çağırıb

Fələstin Muxtariyyətinin baş naziri Məhəmməd Aştiya Britaniya hökumətini Birləşmiş Krallığın parlamentinin Fələstini dövlət kimi tanıması qərarını təsdiqləməyə, onu elan etməyə və həyata keçirməyə çağırıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, muxtariyyətinin baş naziri Məhəmməd Aştiya bunu Britaniya Parlamentinin nümayəndə heyətini qəbul edərkən deyib.

Fələstinin baş naziri İngiltərədən Fələstin dövlətini “siyasi və tarixi məsuliyyətdən irəli gələrək” tanımasını və iki dövlətli həlli müdafiə etməsini tələb edib.

Aştiya Britaniyanı imzalanmış müqavilələrdə nəzərdə tutulduğu kimi Qüdsdə seçkilərin keçirilməsinə icazə verməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb.

O, beynəlxalq hüququn İsrailə tətbiq edilməsinin və onun fələstinlilərə qarşı törətdiyi əməllərə və hüquq pozuntularına görə məsuliyyətə cəlb edilməsinin zəruriliyini vurğulayaraq, bir sıra insan haqları institutlarının, xüsusilə Human Rights Watch, Amnesty International və B`Tselem-in çoxsaylı hesabatlarının mövcud olduğunu deyib.

O əlavə edib ki, bu hesabatlarda qeyd olunub ki, İsrail həm reallıqda və həm də qanunları baxımından aparteid dövlətidir.

Aştiya, Fələstin ərazilərində İsrail qüvvələri tərəfindən həyata keçirilən basqınlar və həbsləri, bu ərazilərdə yeni yaşayış massivlərinin salınması və ciddi iqtisadi problemlərə gətirib çıxarmış mühasirələrin aradan qaldırılmasını tələb edib.

Xəbəri paylaş

VİDEOLAR