Məhəmməd İslami İranın nüvə fəaliyyətlərini qiymətləndirib

Məhəmməd İslami İranın nüvə fəaliyyətlərini qiymətləndirib

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə fəaliyyətlərini Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) standartlarına uyğun həyata keçirdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İslami paytaxt Tehranda Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib.

İslami deyib: "MAQATE ilə əməkdaşlığımız davam edir. MAQATE bölmələrinin hesabatlarında qeyd olunduğu kimi, İranın nüvə fəaliyyətində heç bir problem yoxdur".

MAQATE-nin direktoru Rafael Mariano Qrossinin İrana səfərinin gündəmdə olduğunu bildirən İslami deyib: “MAQATE-nin öz məqsədlərinə çatmaq üçün İrana psixoloji təzyiq və siyasi təşəbbüslərdən istifadə etməsi nəticəsiz qalıb”.

Xəbəri paylaş

VİDEOLAR