Meri Tramp əmisi Donaldı məhkəməyə verdi

Meri Tramp əmisi Donaldı məhkəməyə verdi

Meri deyir ki, qanunla ona məxsus olan mülkiyyətin həqiqi miqdarını “Tramplar” gizlədiblər.

Rasthaber Azərbaycan Usa Today-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp əmisini mülkiyyətlə bağlı fırıldağa görə məhkəməyə verib.

İddia ilə bağlı cavabdehlər Donald Tramp, onun bacısı Merienn Tramp-Berri və onların dünyasını dəyişmiş qardaşı Robertin mirasının sərəncamçısı olub.

Belə ki, Meri Tramp iddia edir ki, 1980-ci illərdən onun qohumları irs yolu ilə onlara çatan biznes-imperiyası üzərindəki nəzarəti ələ keçiriblər.

Meri deyir ki, qanunla ona məxsus olan mülkiyyətin həqiqi miqdarını “Tramplar” gizlədiblər.

“Onlar Merinin aktivlərini götürmək üçün mürəkkəb sxem hazırlayaraq və irsin onun payına düşən hissəsinin həqiqi miqdarı barədə yalan danışaraq Merini onun realdakından çox-çox az olduğuna inanmağa məcbur ediblər”, – deyə iddiada qeyd edilib.

Donald Trampın qardaşı qızı mülkiyyətin itirilmiş hissəsini məhkəmə yolu ilə əvəzini çıxmaq istəyir, həmçinin 500 min dollar təzminat tələb edir.

Xatırladaq ki, Meri əmisi Tramp haqda “Olduqca çox və heç vaxt az: mənim ailə necə dünyanın ən təhlükəli adamını yaratdı” kitabını yazıb. İxtisasca psixoloq olan Meri bildirir ki, əmisi “dəlidir”. Kitabda həmçinin ABŞ-ın hazırkı prezidentinin ətrafındakıları necə aldatması və onlardan şəxsi maraqları üçün necə istifadə etməsi barədə danışılır.

Xəbəri paylaş

VİDEOLAR