ABŞ Ukraynaya verdiyi yardımı onun yeraltı sərvətlərindən istifadə etməklə geri ala bilər, Avropa isə Ukraynanı dəstəklədiyinə görə çox yüksək qiymət ödəməli olacaq.
Az.rasthaber.com “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“ABŞ Prezidenti Donald Tramp Kiyevin ABŞ-a Ukraynanın nadir torpaq metalları ilə necə ödəyəcəyini izah etdi. Bəs Avropa? Uğursuz Ukrayna dövlətini dağıntılar altından yeniidən qurmaq üçün nəhəng məbləğdə pul ödəyəcək” – o bildirib.
Medvedev mesajı ingilis dilində yazıb. O, avropalıları bu düşünülməmiş addıma görə özlərinin liderlərinə təşəkkür etməyə çağırıb.
Xatırladaq ki, Tramp bundan əvvəl ABŞ-ın Ukraynadan nadir torpaq metallarının tədarükündə maraqlı olduğunu bildirmişdi. Bunun müqabilində siyasətçi Vaşinqton tərəfindən Kiyevə yardım təklif edib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Trampın təklifi hərbi yardımın pulsuz verilməsini deyil, alınmasını nəzərdə tutur.