Vəkil Cavad Cavadov məlumat verib
“Müsəlman Birliyİ” hərəkatının üzvü, ictimai fəal Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə o, həbs edilib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib. Bununla belə, vəkil hələ müvəkkili ilə görüşə bilməyib.
“Hümbətovun saxlanmasından məhkəmə nəzarəti qaydasında şikayət hazırlayıram, həbs qərarından isə apellyasiya şikayəti veriləcək”, deyə Cavadov bildirib.
Hümbətov iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb.