Masallı dindarlarından, xeber44 saytının təsisçisi Araz Quliyev azad olunub
Rasthaber Azərbaycan İslamazeri.com-a istinadən xəbər verir ki, 8 il öncə həbs olunan "Masallı işi" ilə bağlı həbs olunan və 7 ildir məhbusluq həyatı yaşayan dindarlarından, xeber44 saytının təsisçisi Araz Quliyev bu gün azad olunub.
Onun həbsdən azad olunmasına 1 ay qalmışdı.
Qeyd edək ki, 2012-ci ildə sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulmuşdular.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il aprelin 5-də çıxardığı hökmlə jurnalist Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilmişdi.