Bu gündən Marneulidə sərt karantin rejimi ləğv olunur
Rasthaber Azərbaycan InterPress.ge-yə istinadən xəbər verir ki, bu barədə Marneuli meri Zaur Darğallı dünən keçirdiyi brifinqdə deyib.
"Marneulidə may ayının 18-dən, baş nazirin qərarı ilə sərt karantin rejimi tamami ilə ləğv olunur. Sabahdan hər bir vətəndaşımız azad şəkildə səyahət edə bilərlər, bunun üçün heç bir məhdudiyyət olmayacaq", - deyə şəhər meri qeyd edib.
Qeyd edək ki, Marneulinin giriş çıxışında qurulan post götürülüb.