Marneuli əhalisi etirazlara başladı

Marneuli əhalisi etirazlara başladı

Kənd təsərrüfatı məhsullarını sata bilməməkdən şikayətlənən, Marneulinin bir neçə kəndinin sakinləri Şulaveri kəndi ərazisinə toplanaraq, mərkəzi yolu bağlayıblar.

Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, aksiya iştirakçılarının tələblərini dinləmək üçün, bölgə qubernatoru, Şota Rexviaşvili və Marneuli meri, Zaur Darğallı etiraz aksiyası keçirilən əraziyə gəliblər.

Etirazçılar, tətbiq edilən qadağalara görə, becərdikləri məhsulları sata bilmədiklərini və bu barədə dövlət orqanları tərəfindən təcili tədbirlər görülməsini tələb edirlər.

Etirazçılara söz verdikdən sonra, onlar Azərbaycan və Ermənistan sərhəddinə gedən magistral yolu açıblar.

Dövlət qurumları ilə əldə edilən razılığa görə, yerli bələdiyyə orqanının razılığa gəldiyi şirkət, bütün kəndlərə daxil olaraq əhalinin kənd təsərrüfatı məhsullarını alacaq.

Qeyd edək ki, əksər etirazçılar, istixanalarda yetişdirdikləri xiyar məhsulunu sata bilməməkdən şikayət edirdilər. Razılaşma əsasında, onların sözü gedən məhsulu, 1 laridən alınacaq.

Onu da qeyd edək ki, Marneulinin Ağməmmədli, Qırıxlı və Aşağı Qullar kəndlərinin sakinləri də etiraz keçiriblər.

Xəbəri paylaş

VİDEOLAR