Marneuli eparkiyasının Episkoposu: Nərimanovun heykəli zibilə atılmalıdır

Marneuli eparkiyasının Episkoposu: Nərimanovun heykəli zibilə atılmalıdır

Marneuli və Hujabi eparkiyasının Episkoposu Giorgi Jamdeliani Nəriman Nərimanovun büstünün sökməyə çağırdı

Marneuli və Hujabi eparkiyasının Episkoposu Giorgi Jamdeliani, bazar xütbəsi zamanı Zaur Darğallını, Nəriman Nərimanovun büstünü bərpa etdiyi üçün tənqid edərək, Nərimanovun büstünün sökülərək zibilliyə atılmalı olduğunu bildirib.

Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, Episkopos Giorgi Jamdeliani dünən bazar xütbəsi zamanı, Nərimanovun abidəsi sökülüb zibilliyə atılmalı və Zaur Darğallı qanunsuz hərəkətinə görə xalqdan üzr istəməli olduğunu deyib.

"Marneuli Bələdiyyəsinin meri Zaur Darğallı, Bolşevik Nəriman Nərimanovun abidəsini bərpa etdi, baxmayaraq ki, yaxın gələcəkdə abidə qanunla sökülməli idi !!!

Mən, Nəriman Nərimanovun kim olduğunu xatırlatmaq istəyirəm, hansı ki, yəqin çox sayda azərbaycanlı və gürcü bunu bilmir. Bu şəxs Gürcüstanda doğulub və burada yaşayırdı. Daha sonra, Azərbaycana getdi. O, bolşevik idi. İlk öncə Sovet mental maşını hansı ki, demokratik ölkə olan Azərbaycanı işğal etdi, daha sonra, 1920-ci ildə Gürcüstana hücum etdi. Onun əli bizim əcdadlarımızın, həmvətənlərimizin qanına batıb. Daha sonra, satqın, Filip Maxaraşvilinin imzası ilə Gürcüstanın qədim torpağı, Zaqatala bölgəsini ayıraraq, qonşu ölkəyə verib. Kimdir Nəriman Nərimanov, o həmin insandır ki, bizim ərazi bütövlüyümüzün pozulmasına, işğalına və torpağımızın itirilməsinə böyük töhvə verib. O, bizim dövlətçiliyimizin düşmənidir", - deyə Giorgi Jamdeliani bildirib.

Onun sözlərinə görə, Marneuli meri, Nərimanovun abidəsinin təmiri ilə böyük qanunsuzluq edib və buna görə əhalidən üzr istəməli və təcili şəkildə abidənin götürülməsini həyata keçirməlidir.

Xəbəri paylaş

VİDEOLAR